ABB-də işə başlağım ilk gündən SEO ilə bağlı bir çox strategiyaları araşdıraraq hansının bank sektoruna uyğun olduğunu və müştərilərə, Googla bu işlərlə necə faydalı olacağını planlayırdım. Əslində çox strategiyaları test etdik amma ən faydalılarını, yaxşı nəticə verənlərini bu yazıda bölüşmək istədim. Bir neçə bankda SEO işlərində dəstək göstərib komanda üzvü olsam da ABB mənim üçün tam fərqli idi. Peşəkar IT ( veb developerlər ) komandası və eyni baxışa tərzində olan komanda ilə bəzi işləri istədiyimizə uyğun formalaşdıra bildik.
Məqalənin daxilindəkilər
Texniki SEO işləri
FAQ hissələri yaratmaq
Sayt daxilində məhsullar üçün ən çox verilən suallar hissəsini düzgün və ətraflı məlumatla təmin etdik. Bu isə səhifələrin rahat SEO sıralamalarında qalxmasına yardımcı oldu. Əlbəttdə ki, buradakı suallar açar sözlər araşdırılaraq, SEO uyumlu və FAQ rich snippet nəzərə alaraq qurulub.
Sual-cavab özəlliyi
Bu funksionallıq ilə müştərilərdən gələn sualları analiz edərək hamı üçün faydalı olacaq əsas sualları cavablandırdıq. Ən çox verilənləri isə uyğun səhifədə “Public” paylaşdıq. Bu isə növbəti dəfə müştərilərin bu sualı Google edərək tapmaqlarına yardımcı oldu.
Uyğun səhifə və məhsula yönləndirmə
Bu hissəni daha da inkişaf etdirərək onların saytda axtardığı sualların kateqoriyalarına bölərək işlərini daha da asanlaşdırdıq. Eyni zamanda suallarını cavablandırmaq və işlərini rahatlaşdırmaq üçün onlara alternativ təklifləri də sualın aşağısında blok olaraq təqdim etdik. Bu sualı axtararaq sayta daxil olan istifadəçi artıq istədiyi sualın cavabını və axtardığı səhifəni tapmış olur. Ən sevdiyim hissəsi isə bu linkləri utm kodlarla izləyərək bu özəllikdən nə qədər məhsula keçid və satış olduğunu izləyə bilirik.
On-page SEO işləri
Hər bir sözləri araşdırıb siyahı çıxardıq. Bu sözləri hansı məhsullarda istifadə edə bilərik, hansıları bizim bank tərəfindən mövcud xidmət olaraq göstərilir və s onları müştəri xidmətlərindən dəqiqləşdirərək hər biri üçün xüsusi kontentlər yaratdıq.
Açar sözləri necə araşdırdıq?
Semrush və Ahrefs premium alətlərlə rəqib analizi, bank sektorunda olan xidmətlərin siyahısı ilə bütün ABB-yə uyğun sözləri araşdıraraq əvvəlcə strateji əhəmiyyətli olanları və məlumat xarakterli sözləri təyin etdik. Bundan sonra hansının bizim üçün daha əhəmiyyətli və veb sayt üzərində hansı səhifəyə uyğunlaşdıracağımızı təyin edərək bu səhifələri yenidən optimalaşdırdıq. Məlumat olmayan açar sözlər üçün isə yeni səhifələr yaradaraq məlumatı ona uyğun səhifədə topladıq.
Bütün səhifələrdə ( daha çox xidmət ) Meta Title və Description-ları yeniləyərək axtarış açar sözləri və CTA ( Call to Action ) başlıqlar olmasını təmin etdik. Hətta başlıqlarla məlumatın saytda mövcud olduğu və ya olmadığı da əvvəlcədən bilinir.
Google Discover
Tək axtarışdan daxil olma nəticələri deyil, hətta saytda gördüyümüz işlər ilə Google Discover üzərindən də nəticələr almağa mütəmadi olaraq başladıq.
Bunu necə etdik?
Daimi olaraq yeni kampaniyalar ilə hər zaman müştərilərin maraq dairələrində olmağı təmin etdik. Bu isə Google tərəfindən səhifənin nə qədər faydalı və daha çox trafik, başqa saytlardan istinadlar olduğunu sezərək uyğun kütlənin Google discoverində görünməyə başladı.
Off-page SEO
SEO da bu hissəyə çox diqqət göstərməsəkdə bəzi PR məqalələrdə uyğun səhifələri hədəfləyərək saytın qismən backlink bazasını yenilədik. Gələcək planlarımızda daha çox üstünlük verəcəyəimiz bir SEO prosesidir əslində 😉
Diqqət ayırdığınız üçün təşəkkürlər.
No Comment! Be the first one.