SEO (Search Engine Optimization) vebsaytın və ya onlayn məzmunun axtarış mühərrikləri (məsələn, Google) üzərində daha yaxşı yer tutması üçün görülən prosesidir. Bu proses, vebsaytın trafikini artırmaq və daha çox istifadəçi cəlb etmək üçün aparılır. SEO-nun əsas məqsədi, istifadəçilərin axtarış nəticələrində daha yüksək yer tutmaq və bununla da daha çox klik almaqdır.
Məqalənin daxilindəkilər
Bəzən bu termini yeni eşidənlər CEO ilə qarışdıra bilər, çox zaman belə hallarla da qarşılaşırıq. 😀
Məsələn hər birimiz günlük lazımlı məlumatları Google ( və ya alternativi ) üzərindən axtarırıq. Məsələn elə bu mövzu kimi. Bu başqa məlumat və ya almaq istədiyiniz məhsul, xidmət ola bilər.
Yuxarıda görünən axtarış nəticəsi saytların bu söz üzərində kontent yaratması və müştərisini belə cəlb etməsini əks etdirir. Hər biri istifadəçini sayta cəlb etmək və Google-un bu məqsədlərini dəstəkləməsi üçün SEO işləri görüb.
SEO edərkən hansı işlər görülür?
- Açar sözlərin araşdırmaq: İstifadəçilərin axtarış zamanı istifadə etdikləri sözləri və ifadələri müəyyənləşdirmək və bu açar sözləri məzmununuzda istifadə etmək.
- Saytın texniki strukturunu optimallaşdırılması: Vebsaytın sürətini artırmaq, mobil cihazlar üçün uyğunlaşdırmaq, düzgün URL strukturu yaratmaq və s.
- Məzmunun optimallaşdırılması: Unikal, faydalı və maraqlı məzmun yaratmaq, meta təsvirlər, başlıqlar və etiketlərdən düzgün istifadə etmək.
- Backlinklərin əldə edilməsi: Digər saytlardan vebsaytınıza linklər əldə etmək. Bu, saytınızın etibarını artırır və axtarış mühərriklərində daha yüksək yer tutmasına kömək edir.
- İstifadəçi təcrübəsi: Vebsaytın istifadəsinin rahat və intuitiv olmasını təmin etmək.
SEO davamlı bir prosesdir və vebsaytın məzmunu və texniki aspektləri müntəzəm olaraq yeniləmək lazımdır.
SEO xidməti lazımlıdırmı?
Günümüzün reallığına əsasən hər kəs artıq bir yerlərə getmədən lazım olan bütün məlumatları internet üzərindən araşdıraraq əldə edir. Araşdırdığı məhsul və ya xidmət haqqında məumatlar isə əlbəttə onu satan şəxslər tərəfindən təqdim edilir. Burada isə ən yaxşı məlumatı verən, məhsulunu ətraflı göstərən, təklifi cəlb edici olan hər zaman satır.
SEO is a critical marketing channel. First, and foremost: organic search delivers 53% of all website traffic.
searchengineland.com
Məsələn: edumaster.az layihəmizi misal göstərəcəm. Xaricde tehsil sözündə 3 cü çıxırıq və insanların araşdırdğı sözə uyğun bütün məlumatları bu portaldan tapa biləcəyini göstəririk. Hər il 100-lərlə tələbəyə bu məqsədləri üçün lazım olan bütün məlumatları verir və ehtiyacı olanlara xidmət satır.
SEO necə işləyir?
SEO işi görərkən əsas məsələ Google-un tələblərinə əməl etməkdir. 200 dən çox sıralama təsir edən faktorları var və bir SEO mütəxəssisi bunları bilərək ona uyğun optimizasiyalar etməlidir ki, işlədiyi proyekt sıralamada yer ala bilsin.
SEO növləri
- Technical SEO ( saytın texniki tərəfini optimallaşdırmaq )
- On- Page SEO ( kontent işlərini təkmilləşdirmək )
- Off-Page SEO ( brend reputasiyasını artırmaq, PR məqalə, backlink almaq )
Texniki SEO nədir?
Texniki SEO daha çox saytın üzərində edilən texniki tapşırıqlardan ibarət olur. Bu proses saytın qurulması zamanı mütləq edilməli və mütəmadi olaraq yoxlanılmalıdır. Saytda yaranan xırda bir texniki səhvlik və ya edilməyən optimizasiya SEO üçün çox ciddi təsir göstərə bilir.
Texniki quruluşu ideal olan sayt SEO nəticələrini daha qısa zamanda və rahat nəticə göstərə bilir. Hətta bəzən texniki olaraq yaxşı qurulan bir dublikat sayt, orijinal rəqibini belə sıralamada keçə bilir.
Texniki tapşırıqlara nümunələr:
- Düzgün URL strukturu,
- Dinamik yenilənən sitemap qurulması,
- Sayt sürəti üçün kodun minimallaşdırılması,
- Mobile dizayna uyğun olacaq tapşırıqlar,
- Robots.txt konfiqurasiya,
- Şəkil optimizasiyası,
- 404 səhifə qurulması,
- 301 redirect funksionallığı,
- Structured Data Markup qurulması,
- Çoxdilli sayt üçün hreflang qurulması və s
On Page SEO nədir?
On-page SEO, həmçinin “on-site SEO” olaraq da tanınır, veb-saytınızın fərdi səhifələrini optimallaşdırmaq üçün istifadə olunan metodların məcmusudur. Bu optimizasiya üsulları, səhifənin məzmunu və HTML elementlərini axtarış motorlarına uyğun hala gətirmək üçün həyata keçirilir. On-page SEO-nun məqsədi, veb-saytınızın müəyyən açar sözlər üçün daha yüksək reytinq əldə etməsi və istifadəçilər üçün daha yaxşı təcrübə təmin etməsidir.
On page işlərinə nümunələr:
- Açar sözlərin araşdırılması və istifadəsi,
- Meta hissələrin düzəldiməsi ( Google görünüşü üçün ),
- Başlıqların düzəldilməsi ( H təqlər və s ),
- URL strukturunun qurulması,
- Səhifə kontentinin düzəldilməsi,
- Daxili linkləmələr (Internal Linking):
- Şəkillərin və faylların optimizasiyası,
- Məzmunun yenilənməsi və oxunaqlı olması,
- UX hissəsinin təkmilləşdirilməsi və s.
Off Page SEO nədir?
Off-page SEO, veb-saytınızın axtarış sistemlərində reytinqini artırmaq üçün sayt xaricində həyata keçirilən optimizasiyalardır. Veb-saytınıza digər saytlardan gələn xarici siqnallar və əlaqələrlə yüksək mövqe qazanmağınıza kömək edir. Off-page SEO, ümumiyyətlə saytın nüfuzunu, etibarını və əlaqəliliyini artırmaq üçün həyata keçirilir.
Bu əslidə bir referans sistemdir. Məs: Vüqarı insanlar başqalarından rəy, referans alaraq tanıyır və dəyərləndirir. Google da eyni məntiqlə işləyir başqa saytlardan bura gələn linkləri referans metodu ilə görərək sizin saytı dəyərləndirir və sıralamada qalxmasına kömək edir.
Off page işlərinə nümunələr:
- Backlinklərin alınması (Link Building),
- PR məqalələr yazdırmaq,
- Sosial mediadan siqnal almaq,
- Yerli biznes list siyahılarında yer almaq (listing sites, GMBs ),
- Rəy platformalarında mövcudluq və s.
Burada linklərin verilməsi ilə saytın qalxmasını göstərən bir qrafikdir. Çox saytları analiz edərkən bunu rahatlıqla görə bilərsiniz.
White hat və Black hat SEO nədir?
Hər sahədə olduğu kimi bu sahədə də düzgün qayda qanunla işləyənlər və əksini edənlər var. Qısa nəticələri əldə etmək istəyən müştərilər üçün bəzən mütəxəsisslər Black SEO xidməti etməli olurlar. Bu daha çox “gray niche” olan saytlarda üçün edilir. Məs: Casino, Bet, Forex və ya hansısa trend olan xidmət sahəsinin alternativ saytlarını yaradarkən.
SEO işlərini necə öyrənmək olar?
SEO öyrənmək üçün bir çox mənbələr var. Ən çox da bu sahənin inkişafına töhvə verənlər SEO alətləri şirkətləridir. MOZ, Ahrefs, SEMrush kimi qlobal bazara hər gün fərqli kontent yaradan proyektlər var. Bundan əlavə öz bloqlumda daim sozlər üçün kontentlər yaratmağa davam edərəm 🙂
SEO-nun SEM və PPC-dən fərqi nədir?
SEO hər şeydən əvvəl nəticələrin ödənişsiz olaraq və qalıcılığını təmin edər bir prosesdir. Digərləridə isə proses reklam büdcəsi bitənə qədər davam edir. Yəni pulun qədər nəticə ala bilirsən 😉
No Comment! Be the first one.