Google Display reklamları üçün effektiv bannerlər hazırlamaq üçün aşağıdakıları hər zaman etməli oluram. Yaxşı dizaynerlə işləyirsinizsə və ya özünüz hazırlayırsınızsa bunları bilməlisiniz.
Məqalənin daxilindəkilər
Banner hazırlananda nələrə diqqət etməli?
- Sadə və cəlbedici dizayn: Reklam bannerlərində sadə və cəlbedici dizayn istifadə edin. Çoxlu mətn və ya mürəkkəb qrafiklərdən çəkinin. Sadəlik mesajın daha yaxşı anlaşılmasına kömək edir.
- Markanızı ön plana çıxarın: Logo və marka rənglərinizi istifadə edin. Bu, markanızın tanınmasını artırır və izləyicilərin diqqətini çəkir.
- Açıq və konkret mesaj: Mətn qısa və konkret olmalıdır. İnsanlar bannerə baxanda nə təklif etdiyinizi dərhal anlamalıdırlar. “Sizə xüsusi təklif”, “Endirimdədir”, “Pulsuz sınaq” kimi cəlbedici başlıqlar istifadə edə bilərsiniz.
- Çağrı və təşviq mətnləri (CTA): “İndi qeydiyyatdan keçin”, “Daha çox öyrənin”, “Endirimi əldə edin” kimi CTA-lar əlavə edin. Bu, istifadəçiləri hərəkətə keçməyə təşviq edir.
- Yüksək keyfiyyətli görüntülər: Reklam bannerlərində istifadə olunan şəkillər yüksək keyfiyyətli olmalıdır. Bulanıq və ya keyfiyyətsiz görüntülər reklamın təsirini azalda bilər.
- Animasiya və interaktiv elementlər: Sadə animasiyalar və interaktiv elementlər əlavə edərək, istifadəçilərin diqqətini cəlb edə bilərsiniz. Lakin, animasiya istifadə edərkən, çox sürətli və ya qıcıqlandırıcı olmamasına diqqət yetirin.
- Mobil uyğunluq: Bannerlərinizin mobil cihazlarda da yaxşı görünməsini təmin edin. Mobil uyğun dizaynlar istifadəçi təcrübəsini artırır.
Bu məsləhətləri nəzərə alaraq, Google Display reklamları üçün daha effektiv bannerlər hazırlaya bilərsiniz
Hansı ölçülər mütləq olmalıdır?
- 300 x 250 – Medium Rectangle: Bu ölçü ən çox istifadə olunan ölçülərdən biridir və müxtəlif vebsaytlarda yaxşı performans göstərir.
- 336 x 280 – Large Rectangle: Bu ölçü də geniş yayılmışdır və geniş görünüş sahəsi ilə daha çox diqqət cəlb edə bilər.
- 728 x 90 – Leaderboard: Üst hissədə yerləşdirilən bu bannerlər geniş ekranlı cihazlar üçün ideal seçimdir.
- 300 x 600 – Half Page: Bu böyük ölçü ilə daha çox məlumat və vizual elementləri yerləşdirmək mümkündür və çox effektlidir.
- 320 x 100 – Large Mobile Banner: Mobil cihazlar üçün xüsusi olaraq nəzərdə tutulmuşdur və mobil reklam kampaniyaları üçün effektivdir.
- 468 x 60 – Banner: Klassik banner ölçüsü olmasına baxmayaraq, hələ də effektivdir.
- 250 x 250 – Square: Bu ölçü kiçik olsa da, hələ də müəyyən yerlərdə effektiv ola bilər.
- 160 x 600 – Wide Skyscraper: Bu ölçü dikey olaraq geniş sahə tutur və səhifənin yan hissələrində yerləşdirilir.
Banner nünumnələri:
Burada əsas gördüyünüz kimi satılan məhsul mesajı, onu göstərən şəkil, loqosu, əlaqə nömrəsi və kliklənə biləcək “button” içində saytın ünvanı qeyd edilib. Çünki insanlar kliklədikdə bu bannerlərə sayta yönləndiriləcək.
No Comment! Be the first one.